...

Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər

Cəmiyyət Materials 29 Dekabr 2023 22:46 (UTC +04:00)
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər ərazisində keçirilən tədbirlər zamanı pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 5 nəfər müəyyən olunub. Həmin şəxslərdən müxtəlif növ pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti