...

Nazirlik rəsmisindən həkim olmayanların qızılcanın müalicəsi ilə bağlı fikirlərinə REAKSİYA

Cəmiyyət Materials 10 Yanvar 2024 15:58 (UTC +04:00)
Nazirlik rəsmisindən həkim olmayanların qızılcanın müalicəsi ilə bağlı fikirlərinə REAKSİYA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə, eləcə də, əhali arasında həkim olmayan bir çox qeyri-peşəkar şəxslər tərəfindən qızılca zamanı müxtəlif müalicə metodları, qulluq vasitələri haqqında məlumatlara rast gəlinir.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstaqram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva bildirib.

Onun sözlərinə görə, bəzi valideynlər də bu məlumatlara əsaslanaraq, həkim nəzarəti olmadan özbaşına müxtəlif müalicə üsullarından istifadə edirlər.

“Xəstəlik zamanı dəriyə qulluq vasitələri, müxtəlif məlhəm və kremlərin əsassız istifadəsi səpkilərin daha da dərinləşməsinə səbəb olar və dəri səthində xoşagəlməz izlər buraxa bilər. Dəridəki qaşınmanı aradan qaldırmaq üçün gigiyenik qaydalara əməl etmək lazımdır. Bədənin tibbi məhlulla (sintetik tanin) yuyulması tövsiyə olunur. Yataq dəsti və geyimlər təmiz olmalıdır. Konyunktivit zamanı həkim təyinatına əsasən müxtəlif damcılar məsləhət görülür”.

S.Mehdiyeva bildirib ki, xəstələr ağız və göz gigiyenasına riayət etməli və parlaq işıqdan qaçmalıdırlar.

“Qeyd olunanlara düzgün riayət olunarsa, xəstəlik heç bir iz buraxmadan və fəsadsız keçib gedər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti