...

Bakı yollarında qarla bağlı hazırlıqlar görülür (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2024 17:34 (UTC +04:00)
Bakı yollarında qarla bağlı hazırlıqlar görülür (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yollar qara hazırlanır.

Trend xəbər verir ki, hava şəraiti nəzərə alınaraq avtomobil yollarında yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün yol qovşaqlarına duz ehtiyatı yığılıb.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti