...

İrandan ölkəyə 11 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2024 16:33 (UTC +04:00)
İrandan ölkəyə 11 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Abuşov Elxan olduğu müəyyən edilib.

Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti