...

“Azəriqaz” ödəniş sisteminin fəaliyyəti müvəqqəti dayandırılacaq

Cəmiyyət Materials 2 Mart 2024 12:37 (UTC +04:00)
“Azəriqaz” ödəniş sisteminin fəaliyyəti müvəqqəti dayandırılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"SmartElektroniks" MMC tərəfindən "Azəriqaz" İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan səbəbdən ödəniş sistemi 02.03.2024-ci il saat 22:00-dan 03.03.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti