...

"28 May"ın avtomobilsizləşdirilməsi vəziyyətə necə təsir edəcək? (VİDEOMÜSAHİBƏ)

Cəmiyyət Materials 11 Mart 2024 19:11 (UTC +04:00)
"28 May"ın avtomobilsizləşdirilməsi vəziyyətə necə təsir edəcək? (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabahdan metronun "28 May" stansiyasının qarşısında olan giriş şəxsi avtomobillər üçün bağlanacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O qeyd edib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək.

“Həmin ərazilər yalnız ictimai nəqliyyat üçün açıq olacaq. Bununla bağlı məlumat bu gün ictimaiyyətə açıqlanacaq”, - deyə o əlavə edib.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu, görülən kompleks tədbirlərin bir hissəsidir.

"Son illər "28 May" metrostansiyası qarşısında xaotik parklanma müşahidə edilirdi. Xaotik parklanma hərəkəti məhdudlaşdırırdı. İnsanların rahat hərəkəti üçün bu şəraitin yaradılacağı çoxdan gözlənilirdi. Bu şərait həm də həmin ərazidə biznes subyektlərinin də inkişafına səbəb olacaq.

Bu növ həllər həmin ərazidə aqressivliyi azaldacaq. İnsanların psixoloji-emosional vəziyyətinə də müsbət təsir edəcək", - deyə o qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti