Bakı. Trend:
Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi respublikanın Daxili İşlər Nazirliyinə Olimpiadanın açılış mərasimini çayda keçirməkdən imtina etməyi və “B planı”na keçməyi tövsiyə edib.
Trend-in məlumatına görə, bu barədə “Europe 1” radiosu məlumat yayıb.
Məlumata görə, çay paradının hazırkı formatının olduğu kimi qalması çox risklər yaradır.
Analitiklər kütləvi terrorizmin Fransaya qayıdışından qorxurlar. Mümkün risklərə avtomobili izdihamın üzərinə sürə və ya odlu silahla hücum edə bilən terrorçular daxildir.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da Sena çayında təşkil olunacaq. Olimpiada avqustun 11-dək davam edəcək.