...

Bakıda mənzil bazarında durğunluq - Səbəb nədir?

Cəmiyyət Materials 22 Aprel 2024 10:25 (UTC +04:00)
Bakıda mənzil bazarında durğunluq - Səbəb nədir?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda mənzil bazarında durğunluq müşahidə edilməkdədir.

Bu barədə Trend-ə "MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, hazırda havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında, həyət evlərinin satışında aktvliyin artması hiss edilmir.

“Mənzil bazarına axın yoxdur. Ümumiyyətlə notariuslarda qaydalar sərtləşdiriləndən sonra, yəni 20 min manatdan artıq ödəniş olduqda pulun mənbəyi haqda məlumat təqdim etmək tələb edildikdən sonra bazarda aktivlik aşağı düşdü. Bazarda hələki durğunluq var, artım-azalma müşahidə olunmur”, - deyə o, əlavə edib.

Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,0 faiz təşkil edib. Eyni zamanda 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalın ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti