...

Azərbaycanda dəmiryol nəqliyyatından istifadə edənlərin sayı açıqlandı

Cəmiyyət Materials 22 Aprel 2024 16:20 (UTC +04:00)
Azərbaycanda dəmiryol nəqliyyatından istifadə edənlərin sayı açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dəmiryol nəqliyyatı ilə 2024-cü ilin yanvar-mart aylarında 4,5 milyon ton yük, 1881,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə, yük daşınmasında 0,3 faiz, sərnişin daşınmasında isə 24,6 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 355 vaqon yüklənib, 416 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Ümumilikdə qeyd olunan dövr ərzində nəqliyyatçılar 452,9 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti