Bakı. Trend:
Xalq şairi Nəriman Həsənzadə bu gün əməliyyat edildiyi xəstəxanadan evə buraxılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzinin (BSM) Xarici əlaqələr və marketinq şöbəsinin müdiri Günay Kazımova məlumat verib.
Qeyd edək ki, Nəriman Həsənzadə 12 yanvar axşam saatlarında Bakı Sağlamlıq Mərkəzinə müraciət edib. Tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub.