...

Asiyanın səsini eşitdirməliyik - Bəhreyn Şura Məclisinin sədri

Cəmiyyət Materials 19 Fevral 2025 11:44 (UTC +04:00)
Asiyanın səsini eşitdirməliyik - Bəhreyn Şura Məclisinin sədri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Asiyanın səsini eşitdirməliyik.

Trend xəbər verir ki, bunu Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh Asiya Parlament Assambleyasının (APA) 15-ci Plenar Sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, dünya əhalisinin 60%-nin yaşadığı Asiya dünyada bir çox sivilizasiyalarının beşiyidir.

"Qlobal qarşılıqlı əlaqələrin olduğu bu dövrdə regional münaqişələr, enerji təhlükəsizliyi, müstəmləkəçilik və hegemonluq siyasəti çağırışlar regional dövlətlərin sərhədlərini aşır və ağır nəticələrə malik olur.

Biz Asiya xalqının nümayəndələri olaraq bu qitənin bütün maraqlı tərəflərinin və insanlarının səsini eşitdirməliyik”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti