...

Həsənrizə köçənlərə evlərinin açarları təqdim edildi (FOTO)

Cəmiyyət Materials 3 Mart 2025 14:15 (UTC +04:00)
Həsənrizə köçənlərə evlərinin açarları təqdim edildi (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Bu gün 25 ailədən ibarət 91 nəfər Ağdərə rayonunun Həsənriz kəndinə köçüb.

Trend xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.

Ailələri qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma torpaqlarına mərhələli şəkildə köçürüləcək.

O qeyd edib ki, bu gün Ağdərənin Həsənriz kəndinə ilk köç həyata keçirilib.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Sonda kəndə köç edən ailələr mənzillərini təhvil alıb və öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, kənd elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti