...

Soydaşımız Qazaxıstanda şəhər məclisinə deputat seçilib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2025 12:12 (UTC +04:00)
Soydaşımız Qazaxıstanda şəhər məclisinə deputat seçilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanda yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi Vidadi Fərzəliyev 2025-ci il martın 31-də 8-ci Aktobe şəhər məclisinin deputatı seçilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumat üçün qeyd edilib ki, Vidadi Fərzəliyev 2 sentyabr 1993-cü ildə anadan olub. Soydaşımız 2012-2024-cü illərdə Aktobedə Azərbaycan diasporunun gənclər təşkilatının sədri, 2023-cü ildən Aktobe şəhər məclisinin ictimai şurasının üzvü, 2024-cü ildən Aktobedəki Azərbaycan diasporu sədrinin birinci müavini olub. Əmək və ictimai fəaliyyətindəki nailiyyətlərinə görə Qazaxıstan dövləti tərəfindən dəfələrlə sertifikat və təşəkkürnamələrlə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti