...

İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi yaşayış minimumunun artırılması üçün imkanlar yaradacaq

Cəmiyyət Materials 22 May 2025 10:08 (UTC +04:00)
İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi yaşayış minimumunun artırılması üçün imkanlar yaradacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilir. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olundu. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

“Belə ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq”, - deputat vurğulayıb.

Millət vəkili əlavə edib ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacağı gözlənilir.

“Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir”, - V.Bayramov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti