Bakı. Trend:
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı hazırlanacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında məlumat verilib.
Bildirilib ki, Rəyasət Heyəti tərəfindən Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planının hazırlanması ilə bağlı müvafiq qərar qəbul olunub.
Qeyd edək ki, oktyabrın 22-də Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Sərəncam imzalayıb.