Noyabrın 14-də Londonda 26-cı Dünya Turizm sərgisi keçiriləcək. Bu barədə Trend xəbər agentliyinə Gənclər, İdman və Turizm Nazirliyindən (GİTN) məlumat verilib. Məlumata görə, bu, indiyədək keçirilmiş ən iri sərgilərdən biridir. Sərgidə iştirakçı ölkələr öz turizm potensiallarını nümayiş etdirəcək. Azərbaycan da 4-cü dəfə olaraq bu sərgidə iştirak edəcək. 4 gün davam edəcək sərgidə Azərbaycanı GİTN və 4 turizm şirkəti təmsil edəcək. 38 kvadrat metr sahədə milli üslubda lövhə quraşdırılacaq və burada Azərbaycanın tarixi və gəzməli-görməli yerləri nümayiş olunacaq.