...

Xəzər dənizində nərə növündən olan balıqların ovlanması üzrə Azərbaycanın kvotası gələn il 8% aşağı salınıb

Cəmiyyət Materials 30 Noyabr 2005 18:04 (UTC +04:00)

2006-cı ildə Xəzər dənizində nərə balıqların ovlanması üzrə Azərbaycanın kvotası 8% azaldılaraq 92 tona endirilib. Ekologiya və Təbii ehtiyatlar Nazirliyindən Trend ə verilən məlumata görə, belə bir qərar Xəzər dənizinin bioloji su ehtiyatları üzrə Komitənin Astanada keçirilən iclasında qərara alınıb.

Nazirlikdən qeyd edilib ki, 2006-cı ildə Xəzəryanı ölkələrdə nərə balığının ovlanmasının ümumi kvotası 23,2% azaldılıb. İclasın yekunldarı üzrə tərəflər 2006-cı ildə nərə balığının ovlanması üzrə kvotanın azaldılması üzrə razılığa gəliblər. Bu zaman Azərbaycan üçün 8% (100-dən 92 tona qədər), Rusiya Federasiyası üçün 30,5% (2005-ci ildəki 371 tondan 258 tona qədər), İran üçün 16% (595-dən 500 tona qədər), Qazaxıstan üçün 12% (220-dən 195 tona qədər) kvota müəyyən edilib.

Eləcə də 2006-cı ildə nərə bağılığı kürüsünün ixracının kvotasında da dəyişiklik edilib. Belə ki, 2005-ci illə müqayisədə RF-nın gələn il üçün qara kürünün ixracı kvotası 21-dən 3,9 tona qədər, İran üçün 60-dan 51 tona qədər, Qazaxıstan üçün 15,9-dən 13,2 tona və Azərbaycan üçün 6,7-dən 6,5 tona qədər azaldılıb.

Nərə balığının ovunun və kürü ixracının kvotaları təsdiq olunmaq üçün CITES Katibliiynə təqdim edilib. Keçirilən görüşdə Türkmənistanın nümayəndə heyətinin iştirak etməməsi ilə əlaqədar bu kvotaların CITES Katibliyində təsdiqlənməsi üçün ya Cenevrədə bu dəfə Türkmənistan nümayəndə heyətinin iştirakı ilə daha bir göürüşün keçirilməsi, ya da komissiyanın iclasında iştirak edən 4 Xəzəryanı ölkənin yekun qərarı lazımdır. Nazirlikdən qeyd ediblər ki, dekabrın əvvəlində bu məsələ ilə bağlı qərar qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti