"AzərReyl" qadın voleybol klubunun legionerləri komandanı gələn mövsüm də tərk etməyəcək.
Kollektivin baş məşqçisi Faiq Qarayevin Trend ə verdiyi məlumata görə, ukraynalı Lidiya Maksimenko gələn mövsüm də klubda qalacaq. "Çempionlar Liqasının dörddə bir final matçında "Foppapedretti" ilə görüşdə bu voleybolçunun oyunu mənim çox xoşuma gəlib, belə ki, onun bacarığı bizə çox lazım olacaq. L.Maksimenko oyunu ilə artıq konkret fayda verir", - deyə o qeyd edib.
Bununla belə digər ukraynalı voleybolçu, Avropa kuboku yarışmalarında meydançada az-az görünən Marina Qonçarukun gələcəyi ilə bağlı məsələ hələlik həll olunmayıb. Amma F.Qarayev bildirib ki, voleybolçunun gələcəyi yaxın vaxtlarda müəyyən olunacaq.