...

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri "quş qripi" ilə mübarizədə Azərbaycana yardım göstərir

Cəmiyyət Materials 10 Mart 2006 15:37 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri "quş qripi" ilə mübarizədə Azərbaycana yardım göstərir. Bu barədə Trend ə Səhiyyə Nazirliyindən məlumat verilib. Təşkilatın iki ekspertinin səfəri martın sonunadək davam edəcək.

Onlar müalicənin aparılmasında yerli həkimlərə yardım göstərmək məqsədilə ölkənin tibb müəssisələrinə baş çəkəcək, məsləhətləşmələr aparacaq və s.

Nazirlikdən bildirilib ki, Salyan rayonunun Dayıkənd sakini Şahmar Əsgərovun vəziyyəti əvvəlki kimi sabit ağır olaraq qalır. ""Quş qripi" virusunun yayılmasının aşkar edilməsi ilə bağlı araşdırmalar aparmaq məqsədilə bu virusa şübhəli xəstələrdən götürülmüş analizlərin ÜST-nın köməkliyi ilə həftə ərzində London laboratoriyasına göndərilməsi planlaşdırır", - deyə nazirlikdən qeyd edilib.

Salyan rayonunun sakini Günel Qasımova isə martın 8-də vəfat edib. Səhiyyə Nazirliyi onun "quş qripi" virusundan ölməsini istisna etmir. "Lakin bununla bağlı laboratoriya hələlik qəti rəy verməyib", - deyə dövlət strukturundan bildirilib.

Qeyd edək ki, "Azadlıq" radiosuna müsahibəsində ÜST nümayəndəsi Mariya Çenq qeyd edib ki, xəstələrdən və ölənlərdən götürülmüş qan nümunələri artıq London laboratoriyasına göndərilib və cavablar 2 həftə ərzində hazır olacaq.

Xəbər lenti

Xəbər lenti