...

Dünya Bankı Azərbaycanın üç regionunda 59 məktəbin əsaslı təmirinə yardım göstərəcək

Cəmiyyət Materials 22 Mart 2006 16:30 (UTC +04:00)

Bu il Dünya bankının təhsil sektorunun inkişafı layihəsi çərçivəsində 59 məktəb təmir ediləcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyində bildirilib.

Nazirlikdə qeyd olunub ki, hazırda təhsil sektorunun inkişafı Layihəsi ilə bağlı xeyli iş görülüb, həmin layihənin gerçəkləşdirilməsinə yönəldilmiş ciddi qərarlar qəbul edilib. Hazırda dərsliklərin hazırlanması və sinif otaqlarının lazımi avadanlıqla təchiz olunması üçün müvafiq işlər görülür.

İlin sonunadək ölkənin üç pilot rayonunda 59 orta ümumtəhsil məktəbi əsaslı təmir ediləcək. İşlərə 2006-cı ilin yayından başlanacaq.

Bank rəhbərliyi Azərbaycanda ali təhsil sahəsində də islahatların aparılmasına kredit ayırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti