...

Millət vəkilləri Şəki, Qax, Zaqatala və Balakənə gedəcək

Cəmiyyət Materials 28 Mart 2006 15:00 (UTC +04:00)

Milli Məclisin insan hüquqları daimi komissiyasnın üzvləri regionalara səfərlər edəcəklər. Bu barədə Trend ə adıçəkilən komissiyanın sədri Rəbiyyət Aslanova bildirib.

Onun sözlərinə görə məqsəd regionlarda insan hüquq və azadlıqlarının qorunması vəziyyəti ilə tanış olmaqdır. "İlk belə səfər şimal rayonları Şəki, Qax, Zaqatala və Balakənə nəzərdə tutulub" - deyən millət vəkili qeyd edib ki, digər belə səfərləri zamanı əhalinin problemlərini öyrəniləcək, şikayətlər dinləniləcək və bu məsələlərin həll edilməsi diqqətdə saxlanılacaq.

Komissiya sədri rəhbərlik etdiyi komissiya üzvlərinin bütün regionlarda olacaqlarını vurğulayıb və belə bir səfərlərin parlamentin digər daimi komissiyaları üzvləri tərəfindən həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Xəbər lenti

Xəbər lenti