...

Zemfira Meftəhəddinova Dünya Kuboku mərhələsində Olimpiyaya lisenziya qazanmaq şansını əldən verib

Cəmiyyət Materials 8 May 2006 17:00 (UTC +04:00)

Afina Olimpiadasının bürünc mükafatçısı Zemfira Meftəhəddinova Kervelldə (ABŞ) keçirilən stend atıcılığı üzrə Dünya Kuboku mərhələsinin yekunlarına görə 2008-ci il oyunlarına lisenziya qazana bilməyib.

Trend in xəbər verdiyi kimi, tanınmış idmançı "skit" (atıcılığın müxtəlif növləri) proqramında uğursuz çıxış edərək 58 xal toplayıb. Onun finalda çıxış edəcək səkkizliyə düşmək üçün cəmi altı xalı çatmayıb. Z.Meftəhəddinova avtraliyalı Çeri Rives, qvatemalalı Andrea Romero Leyva və belçikalı İzabell Leyi qabaqlayarq 26-cı yerdə qərarlaşıb.

Yarışın qalibi rusiyalı Svetlana Deminanı məğlub edən amerikalı Koni Smotek olub.

Xəbər lenti

Xəbər lenti