...

Bakıda Cərrahların və qastroenteroloqların Beynəlxalq Avrasiya Konqresi öz işinə başlayıb

Cəmiyyət Materials 15 May 2006 17:15 (UTC +04:00)

Bu gün Bakıda üçgünlük Cərrahların və qastroenteroloqların 9-cu Beynəlxalq Avrasiya Konqresi öz işinə başlayıb. Trend in verdiyi məlumata görə, tədbir Dövlət Tibb Universitetində keçiriləcək. Tədbirin açılışında Konqresin təşkilat komitəsinin sədri, Azərbaycanın səhiyyə nazirinin birinci müavini Sənan Kərimov çıxış edərək ölkədə səhiyyənin inkişafını sübut edən bu cür görüşlərin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə həmçinin, təşkilat komitəsi sədrinin müavini, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, konqresin sədri Topçubaşov adına kliniki tibb ETİ-nun direktoru Böyükkişi Ağayev və digərləri çıxış edib.

Hər il beynəlxalq konqres müxtəlif ölkələrdə keçirilir.

Azərbaycanda konqres 1997 və 2003-cü illərdə keçirilib. Bu il konqresə Yaponiyadan, Koreyadan, Portuqaliyadan, Böyük Britaniyadan, ABŞ-dan, Almaniyadan, Çexiyadan, Yunanıstandan, Misirdən, Hollandiyadan, MDB ölkələrindən 523 elmi işçi gəlib.

Tədbirin işində Türkiyə, Rusiya, Ukrayna, Yunanıstan, Özbəkistan kimi 14 ölkədən məşhur alimlər iştirak edir. Konqresin işində S hepatitinin müalicəsi, orqanların köçürülməsi, xərçəng şişlərində əməliyyatların aparılması kimi məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti