...

Məhkəmə hakimi vəzifəsinə seçilmək istəyənlərin sayı 300-ü ötüb

Cəmiyyət Materials 16 May 2006 17:48 (UTC +04:00)

Azərbaycanın məhkəmə sistemində hakim vəzifəsində çalışmaq istəyənlərin sayı 300-ü ötüb. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.

İ.Nağıyev bildirib ki, aprelin 15-dən başlayan sənəd qəbulu başa çatmaq üzrədir. İyun ayında isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test imtahanının həyata keçirilməsi planlaşdırılıb.

Komitə sədrinin sözlərinə görə, hakim vəzifəsinə real tələbatla sənəd verənlərin sayı üst-üstə düşmür. Belə ki, sənəd verənlərin sayı olduqca aşağıdır.

Xəbər lenti

Xəbər lenti