...

Mayın 26-da "Zaman-Azərbaycan" qəzetinin 15 illik yubiley tədbiri keçiriləcək

Cəmiyyət Materials 18 May 2006 18:36 (UTC +04:00)

Bu il "Zaman-Azərbaycan" qəzetinin fəaliyyətə başlamasının 15 ili tamam olur. Trend in məlumatına görə, mayın 26-da qəzetin yubileyi münasibəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yubiley tədbiri keçiriləcək.

Tədbirdə qəzetin 15 illiyi münasibətilə hazırlanmış "Zaman-Azərbaycan - müstəqil Azərbaycanın yaşıdı" kitabının təqdimat mərasimi olacaq. Mərasimdə Azərbaycanı, Türkiyəni təmsil edən şəxslər, kütləvi informasiyasi vasitələrinin rəhbərləri və başqa qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, "Zaman-Azərbaycan" qəzeti ilk dəfə 1991-ci il mayın 24-də işıq üzü görüb.

Xəbər lenti

Xəbər lenti