...

200-dən artıq tələbə Avropada təhsil alan azərbaycanlı gənclərin 1-ci Brüssel forumunda iştirak etmək üçün ərizə verib

Cəmiyyət Materials 18 May 2006 20:05 (UTC +04:00)

200-dən artıq tələbə Avropada təhsil alan azərbaycanlı gənclərin 1-ci Brüssel forumunda iştirak etmək üçün ərizə verib. Bu barədə Trend ə Azərbaycanın Benilyuks ölkələrində və AB-dəki səfiri Arif Məmmədov mayın 29-da Brüsseldə Avropa parlamentində keçiriləcək forumu şərh edərkən bildirib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələr foruma yaxından maraq göstərirlər. Lakin yerin məhdud olması ilə bağlı burada yalnız 100 nəfər iştirak edə bilər. Forumda müzakirə olunacaq məsələlər arasında azərbaycanlı tələbələrin fəaliyyətinin əlaqələndirilməsi üçün lobbi qrupunun yaradılması da var. Forumun yekunları üzrə Avropa Birliyi strukturuna müraciətin qəbul ediləcəyi gözlənilir. Eləcə də, Azərbaycan musiqisinin diskotekasının yaradılması da planlaşdırılır.

Forum Avropa Birliyində Azərbaycan Həftəsi çərçivəsində keçiriləcək. Bu günlərdə təşkil olunacaq tədbirlər arasında mayın 30-da Xəzər regionunda energetika siyasətinə həsr olunmuş konfrans da var. Tədbir Avropa Parlamentinin binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti