...

Qırğızıstan Dövlət Teleradio Ierilişləri Şirkəti ilə azərbaycanlıların Beynəlxalq "Türkel" qəzeti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Cəmiyyət Materials 23 May 2006 19:34 (UTC +04:00)

Qırğızıstan Dövlət Teleradio Verilişləri Şirkəti (KTR) ilə azərbaycanlılara məxsus Beynəlxalq "Türkel" qəzeti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müqaviləni şirkətin sədri Kiyas Moldokasımovla qəzetin baş redaktoru Ramiz Məşədihəsənli imzayıblar. Müqaviləyə əsasən, azsaylı xalqların adət-ənənələri, dili, tarixi, mədəniyyəti haqqında birinci dövlət kanalı KTR-də videomateriallar efirə verilməklə, qəzetin bazası əsasında müştərək verilişlər hazırlanacaq. Televiziya verilişləri "Birlik KG" və "Ailə tarixçəsi" adlanacaq. Həftədə iki dəfə yayımlanacaq proqramlarda MDB ölkələri, Türkiyə, Avropanın müxtəlif bölgələrində yaşayıb fəaliyyət göstərən türkdilli xalqların, o cümlədən də azərbaycanlıların tanınmış şəxsiyyətləri və onların taleyi öz əksini tapacaq.

"TÜRKEL" Fondunun prezidenti Hökümə Xəlilova bildirib ki, "Türkel" qəzeti cəmi bir ildir fəaliyyət göstərməsinə baxmayaraq, qısa vaxt ərzində bütün türk dünyasını əhatə etməyə nail olub: "Bizim məqsədimiz "Türkel"in tirajını 50 minə çatdırmaqdır. Azərbaycan, türk, qırğız, ingilis, rus və başqa türksoylu xalqlarımızın dilində işıq üzü görən "Türkel" Orta Asiya respublikalarında ən çox oxunan mətbu orqana çevriləcəyinə inanmırdıq. Budur, artıq Qırğızıstan Dövlət Teleradio Ierilişləri Şirkəti ilə imzalanan əməkdaşlıq müqaviləsini Türk Dünyasının birliyinə doğru atılan daha bir uğurlu addım hesab etmək olar"-deyə H.Xəlilova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti