...

Şəhriyar Məmmədov Forosda keçirilən turnirə uğurla başladı

Cəmiyyət Materials 19 İyun 2006 15:22 (UTC +04:00)

Azərbaycanın ən güclü şahmatçılarından biri Şəhriyar Məmmədov bu günlərdə iyunun 17-dən 29-a qədər davam edəcək "Aerosvit - 2006" Beynəlxalq şahmat turnirində iştirak edir. Turnirin təşkilatçıları Ukrayna Hava yolları - "Aerosvit" şirkəti və Ukrayna Şahmat Federasiyasıdır.

Trend in verdiyi xəbərə görə, Ukrayna şahmatının bütün tarixi ərzində ən güclü yarışda Ş.Məmmədyarovdan 2699 başqa, çox güclü qrossmeysterlər iştirak edir: Ruslan Ponomaryov 2738 UKR, Vasili İvançuk 2731 UKR, Sergey Rublyovski 2665 RUS, Aleksandr Qrişuk 2719 RUS, Sergey Karyakin 2661 UKR, Andrey Volokitin 2660 UKR, Liviu-Diter Nisipyanu 2695 ROM, Aleksandr Areşenko 2660 UKR, Aleksey Şirov 2699 ESP, Pentala Xarikrişna 2680 IND, Viorel Boloqan 2666 MDA.

Azərbaycan qrossmeysteri Rusiya qrossmeysteri S.Rublyovski ilə partiyada qara fiqurlarla dörd at debyutunu çox kəskin oynadı və, necə deyərlər, rəqibin səhvini tutdu. Tezliklə Şəhriyarın piyadalır rəqibindəkindən 3 ədəd çox oldu, bundan sonra Rusiyalı rəqib saatı dayandırmalı oldu. İkinci turda Şəhriyar planetin ən maraqlı şahmatçılarından biri A.Şirova qarşı ağ fiqurlarla oynayıb. Rəqiblər Anti-Meran debyutunu oynadılar və artıq 28-ci gedişdə sülh protokolu imzaladılar. Bununla belə, ikinci turun qalan beş parityası da heç-heçə ilən nəticələnib.

İki turdan sonra Ş.Məmmədyarov, V.Boloqan və A.Volokitinin hər birində 1.5 xal var və onlar turnirə başçılıq edirlər.

Xəbər lenti

Xəbər lenti