...

"Qarabağ" futbol kulubu Türkiyədə güc axtarmaq niyyətindədir

Cəmiyyət Materials 4 Dekabr 2006 14:30 (UTC +04:00)

"Qarabağ" futbol klubu yaxın qış transfer pəncərəsində Türkiyədən olan oyunçularla möhkəmlənə bilər. Trend komandanın rəsmi saytına istinadən xəbər verir ki, komandanın direktoru İşık Emrah Çelikel ölkənin keçmiş kubok sahibləri üçün yeni oyunçular seçmək üçün artıq Bosfor sahilinə yola düşüb. Qeyd edək ki, "Qarabağ"ın son zamanlarda qeyri -sabit çıxış etməsinə baxmayaraq, ölkə çempionatının on birinci turuna qədər məğlubiyyət acısı dadmamış yeganə klub olaraq qalır.

Eyni zamanda, yeni oyunçu axtarışı müəyyən mənada məcburi tədbirdir, çünki komandanın bəzi liderləri zədə aldıqlarına görə komandaya kömək edə bilməzlər. O cümlədən, "Ağdam"ın liderlərindən biri Qoqa Beraya praktiki olaraq birinciliyin ilk dövrəsində iştirak etməyib, çünki o, yalnız çempionatın ikinci yarısına qədər sağalmalıdır.

Xəbər lenti

Xəbər lenti