...

"Karvan"ın forvardı futbol üzrə ölkə çempionatının bombardirləri arasında intriqanı şiddətləndirib

Cəmiyyət Materials 13 Fevral 2007 16:00 (UTC +04:00)

"Karvan" futbol klubunun ivuarlı forvardı Yakubu Bamba ölkə çempionatının bombardirləri arasında rəqabəti xeyli gücləndirib.

Trend xəbər verir ki, milli birinciliyin XIV turunun "Qarabağ"a qarşı oyununa qədər afrikalının aktivində altı qol var idi, lakin ağdamlıların qapısına vurulan dubl onu yarışın ən yaxşı snayperləri rütbəsinə qaldırıb. Hazırda Y.Bamba səkkiz vurulan qolla "Olimpik"dən olan Xəqani Məmmədovla ikinci-üçüncü yerləri bölüşdürür və siyahının lideri - "Xəzər"dən olan Zaur Ramazanovdan cəmi bir qol geridədir.

Qeyd etmək lazımdır ki, dördüncü yerdə "Neftçi"nin forvardı Georgi Adamiyadır. O, cari çempionatda artıq yeddi dəfə rəqiblərin qapıçılarını boyun əyməyə məcbur edib.

Xəbər lenti

Xəbər lenti