...

"Moskvada azərbaycanlı iş adamı Ç.Sarıyevin qətlinin onun iş fəaliyyəti ilə bağlı olduğu ehtimal edilir"-Komitə rəsmisi

Cəmiyyət Materials 16 Fevral 2007 18:37 (UTC +04:00)

Moskva şəhərində qətlə yetirilmiş azərbaycanlı iş adamı Çingiz Sarıyevin cənazəsi fevralın 16-da Azərbaycana yola salınıb. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

İ.Hacıyev onu da qeyd edib ki, Moskva prokurorluğunda istintaq davam etdirilir və qətllə bağlı konkret məlumatlar açıqlanmır. İ.Hacıyevin sözlərinə görə, istintaqın qətllə bağlı konkret məlumatlar əldə etdiyi güman olunur.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Rusiya üzrə şöbə müdiri Şakir Səlimov isə bildirib ki, soydaşımızın qətlinin səbəbi daha çox onun iş fəaliyyəti ilə bağlı olduğu ehtimal edilir: "Çünki Çingiz Sarıyev Moskvanın "Veşenke" topdansatış bazarının sahibi idi. 9 qardaşdan ən böyüyü olan Çingiz Sarıyev həm də Azərbaycan diasporunun fəal nümayəndəsi idi. Diaspor fəaliyyətilə bağlı onun Dövlət Komitəsi ilə əlaqələri, əməkdaşlığı var idi. Biz qətlin açılması üçün istintaqın gedişi ilə maraqlanırıq, Azərbaycanın Rusiyadakı Səfirliyi, Ümumrüsiya Azərbaycanlıları Konqresi ilə mütəmadi əlaqə saxlayırıq"-deyə Komitə rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti