...

Kiyevdə Azərbaycan diasporunun nümayəndələri Ermənistanın Ukraynadakı səfirliyi və ATƏT-in ofisi qarşısında piket keçirib

Cəmiyyət Materials 26 Fevral 2007 18:30 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Kiyevdə Azərbaycan diasporunun nümayəndələri Ermənistanın Ukraynadakı səfirliyi qarşısında piket keçirib.

Aksiya Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunub. Etiraz aksiyasının iştirakçıları Qarabağ münaqişəsinin həll olunması tələbi ilə çıxış edib.

Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Akif Gülməmmədov deyib: "Dinc aksiya beynəlxalq ictimaiyyət və Ermənistan hökumətinin normal danışıqlara başlaması üçün keçirilir. Onlar müxtəlif bəhanələrlə danışıqlar prosesindən çəkinir və bu da bizi qane etmir. Konstruktiv və normal dialoq lazımdır. Biz 1 milyon qaçqın və məcburi köçkünlərimizin öz torpaqlarına qayıtması üçün Qarabağ problemini sülh yolu ilə həll edilməsini istəyirik".

Ukraynada Azərbaycan diasporunun nümayəndələri həmçinin Ukraynada ATƏT-in ofisinin qarşısındla da piket keçirib. "ATƏT bir neçə ildir ki, bu problemlə məşğul olur. Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur və ATƏT hər il söz verir, lakin problem həll olunmur. Hər gün bizi sakitləşdirmək lazım deyil, insanlarda səbir var... Biz ATƏT-dən Qarabağ probleminin sülh yolu ilə həllini gözləyirik", deyə A. Gülməmmədov bildirib.

Ukrayna hüquq-mühafizə orqanları nümayəndələrinin məlumatına əsasən, etiraz aksiyasında 100-dən çox iştirakçı olub. Aksiya zamanı heç bir insident qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti