...

Aleksandr Rındin Avropanın ən yaxşı gənc basketbolçuları sırasına daxil olub

Cəmiyyət Materials 29 Mart 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Basketbol üzrə Azərbaycan yığmasının mərkəz oyunçusu Aleksandr Rındin İtaliyada "RBK Eurocamp" məşq düşərgəsinə gəlmək üçün dəvətnamə alıb. "Ural-Qreyt"in rəsmi saytına istinadən Trend in verdiyi məlumata görə, Eqor Vyaliçevin klubunda yoldaşları ilə birlikdə bu mövsümdən etibarən çıxış edən oyunçu NBA-nın aparıcı komandalarının diqqətini cəlb etmək və öz peşəkarlığını yüksəltmək imkanı qazanır. Artıq məlumdur ki, 9-12 iyunadək Avropanın 45 ən yaxşı gənc basketbolçusu NBA-nın məşqçilərinin rəhbərliyilə Trevizo şəhərində məşq edəcək.

Qeyd edək ki, Rındini "Ural-Qreyt"ə litvalı Rimas Kurtinaytis gətirib. O özü isə sonradan qənaətbəxş olmayan nəticələrə görə kollektivdən gedib.

Xəbər lenti

Xəbər lenti