...

"Ural-Qreyt" klubunun prezidenti: Komandanın oyunları hələ Kurtinaytisin zamanında qənaətbəxş deyildi"

Cəmiyyət Materials 30 Mart 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ "Komandanın oyunları hələ Rimas Kurtinaytsın zamanında qənaətbəxş deyildi və məşqçinin dəyişilməsi basketbolçulara müsbət təsir edə bilmədi". "Ural-Qreyt" klubunun prezidenti Serqey Belov Azərbaycan yığması məsləhətçisinin işini belə xarakterizə edib.

Trend in Rusiyanın "İdman bu gün" portalına istinadən verdiyi məlumata görə, Belov qeyd edib ki, litvalı mütəxəssislər "oyunçulara basketbolda sadəcə öz nöqteyi-nəzərlərini yox, həm də istədikləri kimi yaşamağı öyrətməyə çalışıblar". Bununla bərabər, Kurtinaytislə müqavilə 3 illiyə imzalanıb, ancaq permyakların qənaətbəxş olmayan nəticələri məşqçini öz vəzifəsini tərk etməyə vadar edib. "Həmin vaxt bizim daha məşhur mütəxəssis dəvət etməyə pulumuz yox idi. Lakin hətta bu heyətlə də "Ural-Qreyt" səkkizliyə çıxmaq üçün mövsümün əvvəlində qarşıya qoyulan tapşırığı yerinə yetirməliydi" - deyə Belov bildirib.

Xəbər lenti

Xəbər lenti