...

Azərbaycan müxalifətçisinin məhkəməsi təxirə salınıb

Cəmiyyət Materials 19 Aprel 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Müsavat Partiyasının üzvü Mehdi Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə bu gün hakim Mübariz Zeynalovun sədrliyi ilə məhkəmə prosesi keçirilib.

Təqsirləndirilən məhkəməyə gətirilmədiyindən proses qeyri-müəyyən müddətə təxirə salınıb. Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.1 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. O, "Lider" Televiziyasının keçmiş əməkdaşı Sahil Kərimovu 2003-cü il prezident seçkilərindən sonra baş verən kütləvi iğtişaşlarda döyməkdə və ona bədən xəsarəti yetirməkdə təqsirli bilinərək Səbayel rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Mehdiyev 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Mehdiyevin adı AŞ-yə təqdim edilən siyası məhbuslar siyahısına salınıb. Qənizadənin sözlərinə görə, AŞPA-nın Azərbaycanla bağlı sonuncu qətnaməsinin qəbulundan sonra Mehdiyevin işinin obyektiv araşdırılması üçün məhkəməyə müraciət olunub.

Xəbər lenti

Xəbər lenti