...

Jurnalistlərin 3 may yürüşü təxirə salındı

Cəmiyyət Materials 1 May 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Redaktorlar Birliyinin təşkilatçılığı ilə mayın 3-də keçiriləcək jurnalistlərin yürüşü təxirə salındı. Bu barədə Redaktorlar Birliyinin çərşənbə axşamı keçirilən toplantısında qərar qəbul edilib.

Qərar barədə Redaktorlar Birliyinin üzvü, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, yürüşlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Lakin Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, onlara belə bir müraciət daxil olmayıb.

Təşkilatçılar jurnalist-polis qarşıdurmasının olmaması məqsədilə aksiyanı təxirə salmağa qərar veriblər. Mayın 3-də mərhum jurnalist Elmar Hüseynovun məzarı ziyarət ediləcək, sonra saat 15.30-da Beynəlxalq Mətbuat Mərkəzində 3 may - Ümumdünya söz azadlığı Günü ilə əlaqədar dəyirmi masa keçiriləcək.

Xatırladaq ki, jurnalistlər "Gündəlik Azərbaycancan"- "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktou Eynulla Fətullayevin həbsinə, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmamasına, qəzetlərə göstərilən təzyiqlərə, onların məhkəmələrə verilməsinə etiraz olaraq yürüş keçirməyi planlaşdırırdı.

Xəbər lenti

Xəbər lenti