...

Azərbaycan Ekologiya Nazirliyi Kürdə suyun səviyyəsinin artacağını proqnozlaşdırır

Cəmiyyət Materials 24 May 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kürdə suyun səviyyəsinin artacağını proqnozlaşdırır. Nazirliyin məlumatında göstərilib ki, may ayının üçüncü ongünlüyündə Azərbaycan və qonşu ölkələrdə yağıntı gözlənilməməsinə baxmayaraq, temperaturun iqlim normasından yüksək olması dağlarda qarın əriməsinə səbəb olur.

Azərbaycan Ekologiya Nazirliyinin Gürcüstan Hidrometeorologiya qurumuna istinadən verdiyi məlumata əsasən, göstərilmiş dövr ərzində Kürdə suyun həcmi 10 günlük normanı ötəcək.

Kürdən Şəmkir su anbarına suyun axını 750-950 m3/san (10 günlük normanın 122 faizi), Qanıx çayından Mingəçevir su anbarına 230-290 m3/san (10 günlük normanın 130 faizi), Araz çayından Araz su anbarına 350-450 m3/san (10 günlük normanın 119 faizi) həcmində gözlənilir.

Güman edilir ki, Quba-Xaçmaz regionunda çaylarda suyun həcmi 10 günlük normanı 5-35 faiz, Balakən-Şəki zonasında isə 30-35 faiz ötəcək.

Xəbər lenti

Xəbər lenti