...

Müğənni Tünzalə Ağayeva: "Mən şikəst uşaqlarla mənəvi qidamı bölməyə hazıram"

Cəmiyyət Materials 2 İyul 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /müx. "TrendLife" Əli Dərviş/ "TrendLife"ın verdiyi məlumata görə, müğənni Tünzalə Ağayeva daun-uşaqlara həsr olunmuş xeyriyyə konserti keçirib. Tünzalə xanım bu konsert proqramı ilə bağlı bizə bunları söylədi: "Kimliyindən asılı olmayaraq, istər həkim, istər müğənni, stər müəllim, fərqi yoxdur, hər kəs imkanı çatdığı qədər şikəst uşaqlara kömək etməlidir. Ancaq belə sağlam cəmiyyət yaratmaq olar. Anadangəlmə fiziki çatışmazlıqlarla, şikəst dünyaya gələn uşaqlara ikinci dərəcəli insanlar kimi baxmaq olmaz. Ancaq cəmiyyətin birliyi onları təklikdən xilas edə bilər. Şəxsən mən bu prinsipi qiymətləndirirəm və çalışıram ki, bu kimi aksiyalarda iştirak edim. Lakin xeyriyyəçiliyi reklam xatirinə etmək olmaz. Mən özüm anayam. Uşaqların qarşısında öz mahnılarımla çıxış etmək borcumdur. Əsas odur ki, uşaqlar məndən isti munasibət və sevgini ala bilsinlər. Mən onlarla mənəvi qidamı bölməyə hazıram"ö

Xəbər lenti

Xəbər lenti