...

Azərbaycanlı əsirə göndərilmiş məktubu BQXK qəbul etməyib

Cəmiyyət Materials 3 İyul 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan əsgərinin valideynlərinin övladlarına yazdıqları növbəti məktub geri qaytarılıb. Əsir Samir Məmmədovun əmisi Vidadi Məmmədov çərşənbə axşamı Trend ə bildirib ki, bazar ertəsi Samirin atası Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdədəki ofisində olublar. Valideynlərin övladlarına yazdıqları məktub BQXK-nin Bərdə ofisi tərəfindən qəbul olunmayıb. V.Məmmədovun sözlərinə görə, BQXK məktubu qəbul etməkdən imtina etməsini S.Məmmədovun belə bir istəkdə olmaması ilə əlaqələndirib.

Əsirin əmisi Samirin belə bir istəkdə olmasını yalan hesab edir: "Üçüncü dəfədir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bizim yazdığımız məktubları geri qaytarır. Sonuncu dəfə ona martın 9-da məktub yazmışıq".

Azərbaycan Silahlə Qüvvələrinin əsgəri, kiçik çavuş Məmmədov ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülüb. Məmmədov valideynlərinin yazdığı sonuncu məktublara cavab yazmayıb. Əsirin valideynləri ona ermənilər tərəfindən təzyiq olunduğunu və məktubların ona çatdırılmadığını iddia edir.

Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri, Bərdə Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti