...

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin beş yaşı tamam olur

Cəmiyyət Materials 5 İyul 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının bu gün beş ili tamam olur. Bu qurum Azərbaycanın eks prezidenti Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə yaradılıb.

Komitə, xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin həyata kesirilməsini onlarla əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsasları 2002-cü il dekabrın 27-də qəbul edilmiş "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanunla müəyyən olunur.

Dövlət Komitəsi yaranandan ona sədrlik edən Nazim İbrahimov bildirib ki, fəaliyyət göstərdiyi beş il ərzində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

İbrahimov onu da deyib ki, hazırda dünyanın əksər ölkəsində 300-dən çox Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.

Dövlət Komitəsi fəaliyyət göstərdiyi dövr ərzində Rusiya Federasiyasında, o cümlədən Dağıstanda, Gürcüstanda və digər ölkələrdə yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı müxtəlif layihələr hazırlayıb.

Hazırda Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Xartiyası və Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması istiqamətində iş aparır.

Xəbər lenti

Xəbər lenti