...

Müğənni Ziyafət Yaqubova: "Hərbi hissələrdə daha çox konsert verilməlidir"

Cəmiyyət Materials 24 İyul 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul \müx.TrendLife Ayəndə Dadaşova/

Şou-biznes aləmində rəqiblərin biri də artdı. Keçirilən tədbirlərin birində müğənni Ziyafət də "Jurnalistlərin dostu" diplomu aldı. Tədbirdən sonra həyəcanlı müğənni TrendLife-la öz gələcək planlarını bölüşdü. Hazırda müğənni ikinci audi-SD çıxarmağa hazırlaşır. Həmçinin klip çəkilişlərinə hazırlıq işləri gedir.

- Hansı mahnıya klip çəkdirməyə hazırlaşırsınız?

-Yəqin ki, bu, sizi təəcübləndirəcək. Mən yenidən "Əlimi burax" mahnısına klip çəkdirmək istəyirəm. Bu, ikinci cəhdimdir. Çünki birinci uğursuz alınmışdı.

- Hazırda hansı rejissorlarla işləyirsiniz?

- Kliplər iki rejissor tərəfindən çəkiləcək: Şahin Zəkizadə və Rahib.

- Siz əminsiniz ki, ikinci cəhdiniz uğurlu alınacaq və klip hər kəs tərəfindən qəbul ediləcək?

- Bəli, mən buna əminəm. Ola bilər ki, gözlədiyimdən də artıq olsun.

- Hansı bəstəkarlarla əməkdaşlıq edirsiniz?

- Həm gənc, həm də tanınmış bəstəkarlarla işləyirəm. Bu sırada Gövhər Həsənzadə, Sədaqət Arifqızı, Sədaqət Yaşarqızının adını çəkmək olar. Hazırda iki yeni "Bu sevgi" və "Səni sevdim" mahnılarının yazılışı gedir. Mahnıların musiqisi gənc pianoçu və bəstəkar Elvinin, sözləri isə Orxanındır.

- Siz tez-tez rayonlarda olursunuz. İlin ikinci yarısına hansı planlarınız var?

- Biz xaricdə konsert vermək haqqında düşünürük. Allah eləsin, arzularımız həyata keçsin. Əlbəttə ki, Azərbaycanın rayonlarında və hərbi hissələrdə də mütləq konsert verəcəyik. Hərbi hissələrdə konsert vermək ən böyük məqsədimdir.

Xəbər lenti

Xəbər lenti