...

Yazıçı Natiq Rəsulzadə: "Azərbaycan ədəbiyyatında ədəbi cərəyana tələbat var"

Cəmiyyət Materials 25 İyul 2007 15:25 (UTC +04:00)
Yazıçı Natiq Rəsulzadə: "Azərbaycan ədəbiyyatında ədəbi cərəyana tələbat var"

Azərbaycan, Bakı, 25 iyul müx. "TrendLife" Eldar Hüseynzadə/ Bu gün yerli ədəbiyyatda rus dilində yazanlar çox azdır. Heç əvvələr də çox deyildi. Bu sualla TrendLife azərbaycanın tanınmış rusdilli yazıçısı Natiq Rəsulzadəyə müraciət etdi. Natiq Rəsulzadə isə öz növbəsində bildirdi ki: "Problemi başa düşmək üçün çox dərinliklərə getmək lazımdır. Çox gözəl yazıçılarımız var. Bu sırada Anarı, Əkrəm Əylislini misal göstərəmək olar. Ancaq çox təssüf ki, onların məktəbləri yoxdur. Cərəyan yoxdur, ayrı-ayrı yazıçılar var. İndi rusdilli yazıçıları bir problem kimi qeyd etmək olar. İndi ədəbiyyatda yemək üçün qazanmaq çox çətindir. Bəstəkarlar və rəssamlar öz məhsullarını həm ölkəmizdə həm də xaricdə sata bilirlər. Azərbaycan yazıçısı xaricdə kimə öz əsərlərini sata bilər. Bunun üçün isə o yazdıqlarını tərcümə etməlidir. Tərcümədə də nəsə itir. Bunun üçün həmçinin külli miqdarda vəsait lazımdır. Bir sözlə indi ədəbiyyatımızda problem həddən artıq çoxdur".

Xəbər lenti

Xəbər lenti