...

Azərbaycan boksçuları Avropa çempionatına tam heyətlə yollanır

İdman Materials 18 İyun 2012 16:59 (UTC +04:00)
İyunun 23-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında boks üzrə Avropa çempionatı start götürəcək.
Azərbaycan boksçuları Avropa çempionatına tam heyətlə yollanır

Azərbaycan, Bakı, 18 iyun /Trend/

İyunun 23-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında boks üzrə Avropa çempionatı start götürəcək.

Trend Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, komandamız qitə birinciliyində tam tərkibli heyətlə (13 boksçu) mübarizə aparacaq. Yığmamızın heyətinə Elnur Şəfizadə (48 kq),Tayfur Əliyev (50 kq), Məsud Yusifzafə (52 kq), Məhəmmədəli Tahirov (80+kq) kimi yetərincə beynəlxalq rəcrübəsi olan idmançılar daxil edilib.

Sofiyada digər çəki dərəcələrində Elməddin İsmayılov (46 kq), Orxan Əliyev (54 kq), Şamil İbrahimzadə (57 kq), Cavid Quliyev (60 kq), Sirac Süleymanov (63 kq), Hüseyn Tanrıverdi (66 kq), Şamil Əliyev (70 kq), Nicat Sadıqov (75 kq) və Orxan Əliyev (80 kq) rinqə çıxacaqlar.

Final döyüşləri iyunun 30-da keçiriləcək. Komandaya məşqçilər Təvəkkül Məmmədov və Elbrus Rzayev rəhbərlik edəcəklər. Avropa çempionatının texniki nümayəndəsi Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev olacaq.

Xəbər lenti

Xəbər lenti