...

Avropa çempionatında Azərbaycan güləşçilərinin dördüncü günü: 1 qızıl, 1 bürünc

İdman Materials 23 İyun 2012 02:23 (UTC +04:00)
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Çempionatın dördüncü günündə sərbəst güləş üzrə gənc qızlar arasında 48, 55, 63 və 72 kq çəki dərəcələrində görüşlər keçirilib.
Avropa çempionatında Azərbaycan güləşçilərinin dördüncü günü: 1 qızıl, 1 bürünc

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Çempionatın dördüncü günündə sərbəst güləş üzrə gənc qızlar arasında 48, 55, 63 və 72 kq çəki dərəcələrində görüşlər keçirilib. İki çəkidə iştirak edən gənc qızlarımız 1 qızıl və 1 bürünc medal əldə edib. Bu barədə Trend-ə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

48 kq çəkidə mübarizə aparan Kəmalə Əliyeva bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu adını qazanıb. Çempionluq yolunda güləşçimiz ardıcıl olaraq Rusiya, Almaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Finalda isə Moldova təmsilçisini vaxtından əvvəl məğlubiyyətə uğradan Kəmalə Əliyeva qızıl medala sahib olub.

55 kq çəkidə təmsilçimiz Yarina Dubovska isə qızıl medalın bir addımlığında büdrəyib. İsveç və Fransa təmsilçilərinə qalib gələn güləşçimiz, yarımfinalda polyak rəqibinə uduzub. Bürünc medal uğrunda görüşdə Rumıniya güləşçisinə heç bir şans verməyən Yarina Dubovska yığmamıza növbəti qələbəni qazandırıb.

Beləliklə, Avropa çempionatında sərbəst güləş üzrə gənc qızların mübarizəsi başa çatıb. Yığmamız çempionatı ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

İyunun 23-24-də gənclərin Avropa çempionatında yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti