...

Mərhum Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnir keçirilib (FOTO)

İdman Materials 8 Oktyabr 2012 14:47 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə "Climbaku" İdman Dırmanması Mərkəzində mərhum Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnir keçirilib.
Mərhum Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr / Trend /

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə "Climbaku" İdman Dırmanması Mərkəzində mərhum Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnir keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi FAİREX-dən bildirilib.

Turnirin təşəbbüskarı və təşkilat komitəsinin rəhbəri, mərhum alpinist Akif Rüstəmovun yaxın dostu olmuş, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının "Zirvə" idman klubunun rəhbəri Mövlud Əzizov çıxış edərək tanınmış idmançı haqqında əziz xatirələrindən söhbət açıb və idmançılara müvəffəqiyyətlər arzulayıb.

Yarışın baş hakimi və Federasiyanın idarə heyətinin üzvü Valeri Bağırov turnirdə iştirak edəcək idmançıları yarışın qaydaları ilə tanış edib.

Sonra mərhum Azərbaycan alpinisti Rüstəmovun xatirəsi təşkilat komitəsi, hakimlər və idmançılar tərəfindən 1 dəqiqəlik sükutla yad edilib və turnirə start verilib.

40-dan artıq idmançının iştirak etdiyi turnir Federasiyanın gənc idmançılarından təşkil olunmuş hakimlər tərəfindən idarə edilib və nəticələrə görə həm sürət, həm çətinlik mərhələsi üzrə qızlar arasında Könül Hüseynova ("Meteor"), oğlanlar arasında Çingiz Tağızadə ("Ekosport") qalib gəliblər.

Xatırladaq ki, Akif Rüstəmovun xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında qayayadırmanma üzrə "Ümid" yarışı ilk dəfə FAİREX tərəfindən 2010-cu ildə Nardaran qayalıqlarında keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti