...

Azərbaycan taekvondoçuları türkiyəli mütəxəssisə həvalə olundu

İdman Materials 4 Fevral 2013 16:24 (UTC +04:00)
Böyüklərdən ibarət taekvondo üzrə Azərbaycan milli komandasının fiziki sağlamlıq durumu türkiyəli mütəxəssis Emin Ergenə həvalə edilib.
Azərbaycan taekvondoçuları türkiyəli mütəxəssisə həvalə olundu

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Böyüklərdən ibarət taekvondo üzrə Azərbaycan milli komandasının fiziki sağlamlıq durumu türkiyəli mütəxəssis Emin Ergenə həvalə edilib.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) Trend-ə verilən məlumata görə, Ankara Tibb Universitetinin İdman həkimliyi kafedrasının müdiri, Beynəlxalq Olimpiya Komitəsinin Tibb Departamenti Həkimlər Bürosunun üzvü, professor Emin Ergen yanvarın son günlərindən işinin icrasına başlayıb. Ona federasiyanın həkimləri Ayaz Hümbətov və Arzu Nəcəfova assistentlik edirlər.

28 yanvar - 3 fevral tarixlərində Bakıda olan Emin Ergen taekvondoçuları ümumi tibbi müayinədən keçirib.

ATF rəhbərliyi tərəfindən digər təyinat isə tanınmış taekvondoçu Niyaməddin Paşayevlə bağlıdır. Dünya və ikiqat Avropa çempionu milli komandalara nəzarət üzrə vitse-prezident təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti