...

Çempionlar Liqası: "Qalatasaray" "Real"-a 3:0 hesabı ilə məğlub olub (ƏLAVƏ OLUNUB)

İdman Materials 4 Aprel 2013 01:39 (UTC +04:00)
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti görüşləri keçirilib.
Çempionlar Liqası: "Qalatasaray" "Real"-a 3:0 hesabı ilə məğlub olub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (ilk xəbər 00:37-də yayılıb)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti görüşləri keçirilib.

Madriddə yerli "Real" Türkiyənin "Qalatasaray" klubunu qəbul edib. Oyunun 9-cu dəqiqəsində Kriştiano Ronaldo meydan sahiblərini irəri çıxarıb - 1:0. 29-cu dəqiqədə isə Karim Benzema "Real"-ın ikinci qoluna imza atıb - 2:0. Matçın birinci hissəsi elə bu hesabla sona yetib.

Oyunun 79-cu dəqiqəsində Gonzalo Higuain matçın sonuncu qolunu vurub - 3:0.


Günün digər matçında isə İspaniyanın "Malaqa" komandası Dortmundun "Borussiya" klubu ilə qarşılaşıb. Bu oyunda hesab açılmayıb - 0:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti