...

Azərbaycan və Ukraynanın idman jurnalistləri arasında mini-futbol üzrə beynəlxalq turnir keçirilib (FOTO)

İdman Materials 25 İyun 2013 12:29 (UTC +04:00)
Kiyev şəhərində Azərbaycan və Ukraynanın idman jurnalistləri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə 12-ci beynəlxalq turnir keçirilib.
Azərbaycan və Ukraynanın idman jurnalistləri arasında mini-futbol üzrə beynəlxalq turnir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Kiyev şəhərində Azərbaycan və Ukraynanın idman jurnalistləri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə 12-ci beynəlxalq turnir keçirilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Teleradio Verilişləri QSC-nin, Ukrayna Televiziyasının təşkilatçılığı və Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin dəstəyi ilə keçirilən beynəlxalq turnirdə İdman Azərbaycan kanalının, Ukraynanın bir sıra televiziya və media qurumlarının, o cümlədən, diaspor və ictimai təşkilatların mini-futbol komandaları iştirak ediblər. Ukrayna Futbol fedarasiyasnın mərkəzi mini-futbol bazasında keçirilən beynəlxalq turnirin açılış mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Asim Osmanov çıxış edərək, son 12 ildə Ukraynada idman jurnalistləri arasında Heydər Əliyev kimi dünya şöhrətli ictimai siyasi xadimin xatirəsinə həsr olunmuş mini-futbol turnirinin keçirilməsinin tarixi əhəmiyyətindən soz açıb. Belə bir möhtəşəm turnirə qatılan idmançılara Azərbacanın Ukraynadakı səfiri Eynulla Mədətli adından uğurlar arzulayıb.

Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Ukraynada hər il idman jurnalistləri arasında ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin keçirlməsini hər iki ölkənin jurnalistləri arasında dostluq əlaqələrinin yaranmasında müstəsna rol oynadığını vurğulayıb. O qeyd edib ki, turnirdə jurnalistlər arasında yaranmış dostluq münasibətlərinin nəticəsi olaraq, son illər Ukraynanın Milli Televiziyasında Azərbaycanla bağlı 12 sənədli film hazırlanıb. Bunlardan 3-ü ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub.

Çıxışlardan sonra beynəlxalq turnirə start verilib. Diaspor və ictimai təşkilatların komandaları arasında keçirilən turnirin ilk günü "Azad" komandası qələbə çalaraq Heydər Əliyev turnirinin kubokuna sahib olub. Turnirdə 2-ci yerə UNİCEF, 3-cü yerə isə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin "SAMU" komandası çıxıb.

Ukraynanın bir sıra televiziya və media qurumlarının mini-futbol komandalarının iştirak etdiyi turnirin finalında ESG televiziya komandası qalib gələrək Heydər Əliyev kubokuna sahib olub.Turnirdə ölkəmizi təmsil edən İdman Azərbaycan Kanalının komandası isə 2-ci yerlə kifayətlənməli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti