...

Azərbaycan buzadırmanma üzrə Avropa çempionatında 3-cü yeri tutub

İdman Materials 6 Mart 2014 17:55 (UTC +04:00)
Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində 28 fevral - 2 mart 2014-cü il tarixlərində keçirilmiş buzadırmanma üzrə Avropa çempionatı yarışlarında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət Azərbaycan milli yığma komandası ölkəmizi müvəfəqiyyətlə təmsil edib.
Azərbaycan buzadırmanma üzrə Avropa çempionatında 3-cü yeri tutub

Azərbaycan, Bakı, 6 mart /Trend/

Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində 28 fevral - 2 mart 2014-cü il tarixlərində keçirilmiş buzadırmanma üzrə Avropa çempionatı yarışlarında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət Azərbaycan milli yığma komandası ölkəmizi müvəfəqiyyətlə təmsil edib.

Federasiyadan Trend-ə verilən məlumata görə, kişilər və qadınlar arasında mürəkkəblik və sürət üzrə keçirilən çempionat üç gün davam edib. Yarışlarda Azərbaycan milli yığma komandasının tərkibində FAIREX-in idmançılarından ibarət 4 nəfərlik nümayəndə heyəti - Qalib Şıxrəhimov, Rinat Rəhimxanov, Ramay Rəhimxanov və Reyhan Məmmədova iştirak edib.

Yüksək nəticələr əldə etmək üçün əzm və qətiyyətlə mübarizə aparan Azərbaycan milli yığma komandasının idmançıları qarşılarına qoyduqları məqsədə çatmaq üçün qüvvələrini əsirgəməyiblər.

Buzadırmanma üzrə Avropa çempionatının nəticələrinə görə komandalararası yarışda FAIREX-in idmançılarından təşkil olunmuş Azərbaycan milli yığma komandası 3-cü yeri tutub.

Qeyd edək ki, Azərbaycan milli yığma komandası ilk dəfə olaraq Avropa çempionatında yüksək nəticə əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti