...

Azərbaycan kuboku "Neftçi"nindir

İdman Materials 22 May 2014 22:49 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunun qalibi məlum olub.
Azərbaycan kuboku "Neftçi"nindir

Azərbaycan, Bakı, 22 may /Trend/

Bu gün Azərbaycan kubokunun qalibi məlum olub.

Trend-in məlumatına görə, Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final oyununda "Neftçi" və "Qəbələ" komandaları qarşılaşıblar.

İlk hissədə qapılar toxunulmaz qalıb - 0:0. 52-ci dəqiqədə "Neftçi"nin gənc futbolçusu Samir Məsimov hesabı açıb. 20 dəqiqə sonra Marat İzmaylov hesaba tarazlıq gətirib.

Oyunun əsas hissəsi bu hesabla başa çatıb. Əlavə vaxtlarda heç bir komanda üstün omayıb və oyunun qalibini penaltilər seriyası müəyyən edib.

Penaltilər zərbəsi sonrası "Neftçi" 3-2 hesabı ilə qalib oldu.

Qeyd edək ki, hər iki klub UEFA Avropa Liqasının seçmə mərhələsində mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti